Bir neçə gün əvvəl qalmaqallı “Sev məni” klipi ilə gündəmə gələn müğənni Ayan Babakişiyeva yeni açıqlamaları diqqəti özünə çəkib.
7Times.az Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni “MTV” kanalına müsahibəsi zamanı klipində LGTB nümayəndəsini əks etdirdiyi üçün onu qınayanlara bu cür cavab verib:
“Ətrafımda LGBT nümayəndələri çoxdur. Bunu bir xəstəlik, anormallıq kimi qəbul etməmişəm və bundan sonra da qəbul etməyəcəm”.
Müğənni ictimai qınaqdan da çəkinməyərək, açıq-aşkar LGTB nümayəndələrinə dəstək olduğunu vurğulayıb:
“Mən burada utanacaq, qorxulacaq, ya da çəkinəcək pis bir şey görmürəm. Hər bir insan bir şəxsiyyətdir və öz oriyentasiyasını seçməkdə azaddır. Ona nə sən, nə mən, nə də bir başqası qarışa bilməz. Vacib olan insanın özüdür. O, sənin çətin günlərində yanındadırsa, söhbət bitdi. Şərt o deyil ki, onun daxili və xarici fərqlidir. Bu mənim üçün fərq etmir!”
Follow @7timesaz