“Qarağac küçəsində qarabasma” adlı dəhşət janrında lentə alınan məşhur filmin çəkildiyi ev satılıb.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, ev satışa çıxarılarkən 3 milyon 250 min dollar istənilsə də, malikanə 2 milyon 980 min dollar müqabilində yeni sahibinə təqdim olunub.
1919-cu ildə holland üslubunda tikilmiş ev zamanla təmir edilərək müasir hala gətirilib.
Filmin ssenarisinə görə, Ohayo ştatının Sprinqvud şəhərində yerləşən ev əslində Los-Ancelesdə Şimali Qenesi prospektindədir.
Qeyd edək ki, rejissor Ues Kreyven tərəfindən çəkilən ekran işi istehsalçıya kassada 25,5 milyon dollar qazandırıb.
Follow @7timesaz