Məşhur müğənni Rihanna sevgilisi reper Eysap Roki (Rakim Mayers) ilə ötən gecə birlikdə görüntülənib.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, cütlük Santa Monikada restoranların birində şam yedikdən sonra məkan çıxışı paparatsilərin obyektivinə tuş gəlib. Onlar kameraların işıqlarından narahat olduqlarını ifadə edib və müxbirlərin suallarını cavablamadan oradan uzaqlaşıblar.
Cütlük maraqlı geyim tərzi ilə də diqqət çəkib. Rihannanın “Gucci X Balenciaga”dan olan jiletinin 3 min dollar dəyərində olduğu bildirilib.
Follow @7timesaz