“O qadını saçından tutub sürüyərdim. Belə insan olar? Qonaq çağırmışdılar, əsəbdən getmədim. Qızıma dedim ki, uşaqları gətir ver mənə. Bütün günü nəvələrim deyib, başım ağrıdı. Elə bilirəm o qadın mənim uşaqlarımı vurub”.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, bu szöləri Əməkdar artist Gülbahar Şükürlü “Elgizlə izlə” proqramında deyib. Qarmon ifaçısı sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərə münasibət bildirib.
Göz yaşlarını saxlaya bilməyən musiqiçi bunları əlavə edib:
“Elə bil fotostudiyadadır, uşağın şəklini çəkib anasına göndərir. Tərbiyəsiz, tərbiyəçi. Sənə tərbiyəçi adını kim verib? Bu qadın çıxıb uşaqdan üzr istəsin. Desin, uşaq məni bağışlayırsan? Mən sakitləşə bilmirəm. Mən arada uşağın əlinə vurmuşam. Amma başına urmaq olar? Ata da utanmır, deyir qohumdur. Elə qohum olar?”.