Serbiya prezidenti Aleksandr Vuçiç sabah Türkiyəyə rəsmi səfər edəcək.
7Times.az “Unikal”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, səfər zamanı Vuçiç Türkiyə-Serbiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının üçüncü iclasında iştirak edəcək. Görüşlərdə Balkanlarda sülh və sabitliyin qorunması məsələsi olmaqla regional, habelə beynəlxalq hadisələr, bu sahələrdə əməkdaşlıq müzakirə olunacaq.
Follow @7timesaz