“Barselona” yarımmüdafiəçisi Usman Dembeleyə vaxt verib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü klubla müqavilə imzalayıb-imzalamayacağı ilə bağlı qərarını iki gün ərzində açıqlamalıdır.
24 yaşlı hücumameyilli oyunçu özü yeni sazişə yaxın durmur və mövsümün sonunda azad agent kimi komandasını dəyişmək niyyətindədir. Dembele iki günə təklifi müsbət cavablandırmasa, transferə çıxarılacaq. Belədə rəhbərlik onun satışından gəlir əldə etməyə çalışacaq.Qeyd edək ki, Usman Dembele bu mövsüm La Liqada 6 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.
Follow @7timesaz