“Liverpul”un sabiq futbolçusu Cordan İbe karyerasını Türkiyədə davam etdirəcək.
7Times.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Adanaspor” klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İbe ilə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq İngiltərənin “Derbi Kaunti” klubunda çıxış edən İbe 2011-2016-cı illər aralığında “Liverpul”un formasını geyinib.
Follow @7timesaz