Hadisə

Qardaşı arvadına tamah salan şəxs GÖRÜN KİM İMİŞ – “QAYNIM MƏNƏ ÇILPAQ ŞƏKİLLƏR GÖNDƏRDİ…”

Qardaşı arvadına tamah salan şəxs GÖRÜN KİM İMİŞ – “QAYNIM MƏNƏ ÇILPAQ ŞƏKİLLƏR GÖNDƏRDİ…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə sakini öz qardaşı arvadına “Whatsapp” messenceri üzərindən çılpaq qadın şəkilləri göndərib, ona da öz çılpaq şəkillərini göndərməyi təklif edib və qadını yoldan çıxarmaq üçün digər əxlaqsız mesajlar yazıb. Gənc qadının qardaşı isə bundan xəbər tutanda dava düşüb, nəticədə həm qadının əri, həm onun yolunu azmış qardaşı bıçaq zərbələri alıb.

7Times.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin iki qardaşı bıçaqlamaqda ittiham olunan Gəncə şəhər sakini, 27 yaşlı Nicat Qurbanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hadisə ötən il martın 25-də Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, 86 ünvanında baş verib.

N.Qurbanov ailə münaqişə zəminində bacısının həyat yoldaşı 28 yaşlı Osman Dadaşovu və onun qardaşı 30 yaşlı Salman Dadaşovu bıçaqlayıb. Hər iki yaralı Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən N.Qurbanov həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, N.Qurbanovla qohumlar arasında yaranan insidentə bacısı Nahidə Zamanovaya (ad və soyad dəyişdirilib-red.) onun qaynı Salmanın “Whatsapp” vasitəsilə əxlaqsız yazılar yazması və çılpaq şəkillər göndərməyi təklif etməsi səbəb olub.

 

Təqsirləndirilən Nicat Qurbanov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində bacısına zəng vurub onu evə çağırdığını, evə çatdıqda səs-küy olduğunu, yeznəsi Osmanın onun ailə üzvləri ilə mübahisə etdiyini gördüyünü deyib: “Bacımın qaynı Salman ona “Whatsapp”da əxlaqsız təkliflər edib, şəkil göndərməsini istəyib. Salman isə bacımın ona şər atdığını, mesajları yoxlamaq üçün yazdığını bildirib. Yeznəm bacımın telefonuna baxdıqda mesajları görüb telefonu yerə vurub sındırdı, qardaşına şər atıldığını dedi. Nahidəni öz evlərinə aparmaq istəyəndə atam mane oldu. Bu vaxt Osman atama kəllə vurdu. Dava-dalaş düşdü. Osman “məni gözlə” deyib getdi”.

Yeznəsinin əliboş qayıtmayacağını düşünən Nicat evdən bıçaq götürərək həyətə qayıdıb. Təxminən 15-20 dəqiqədən sonra Osmanla qardaşı Salman yenidən onların evlərinin qarşısına gəliblər. Atasının üstünə hücum çəkdiklərini görüncə Nicat əlindəki bıçaqla əvvəlcə Salmanı, sonra isə yeznəsi Osmanı vurub.

Zərərçəkmiş Osman Dadaşov ifadəsində hadisə baş verən gün qayınanasının zəng vurub onu yaşadıqları evə çağırdığını göstərib: “Qaynanam dedi ki, qardaşın Salman qızıma əxlaqsız mesajlar yazıb. Həmin mesajları mənə göstərdi. Mən də bunun qurğu olduğunu, qardaşıma şər atdıqlarını söylədim. Əsəbiləşib telefonu stola çırpdım. Arvadımı öz evimizə aparmaq istəyəndə ata-anası mane oldular, qardaşı məni evdən çıxartdı. Zəng vurub Salmanı çağırdım, birlikdə qayınatamın evinin qarşısına gəldik. Orada mübahisə etdikdə Nicat həm məni, həm də qardaşımı bıçaqla vurdu. Sonra bizə yardım etdi, xəstəxanaya yola saldı. Nicata qarşı heç bir şikayətim və tələbim yoxdur”.

Zərərçəkmiş Salman Dadaşov da analoji ifadə verib. Qardaşı arvadına əxlaqsız təklif etmədiyini, mesajları onun yazmadığını və Nicatdan şikayətçi olmadığını deyib.

Lakin N.Zamanova ifadəsində təsdiq edib ki, ötən ilin mart ayından qaynı Salman ona əxlaqsız mesajlar yazırdı, öz intim şəkillərini göndərməsini istəyirdi: “Yarıçılpaq qadın şəkilləri göndərir, öz şəklimi yollamağımı, yazdığı mesajları silməyimi istəyirdi. Mesajları silməyib, sübut kimi saxladım, onun yazdıqlarının şəklini çəkib qohumumuz olan qadına yolladım. O, da anama dedi. Anam Salmana irad bildirəndə dedi ki, mesajları məni yoxlamaq üçün yazıb”.

Qeyd edək ki, N.Qurbanov 2-ci Qarabağ müharibəsi iştirakçısı olub, Cəbrayıl və Qubadlı rayonlarının azad olunmasında iştirak edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nicat Qurbanova 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.