Xəbər verdiyimiz kimi, “Eşkiya dünyaya hükümdar olmaz” (EDHO) serialının yayımlanmayan 200-cü bölümü “Son efsane” adı ilə film olaraq “BluTv”də izləyicilərə təqdim olunacaqdı.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın daha əvvəl yayımlandığı Türkiyənin “ATV” kanalı isə “BluTv”yə 165 milyon lirəlik iddia qaldırmışdı.
“EDHO”nun bütün hüquqları “ATV”yə məxsus olduğu üçün “BluTv” müqaviləni ləğv edib.
Qeyd edək ki, layihənin final etməsinə səbəb maliyyə problemlərinin olduğu deyilir. “Son efsane” filmində isə baş rolu Oktay Kaynarcanın yerinə Ozan Akbaba canlandıracaqdı.
Follow @7timesaz