Türkiyənin Konya şəhərində dəhşətli hadisə baş verib.
İbtidai məktəbdə işləyən sinif rəhbəri 40 yaşlı G.E. və əri 40 yaşlı A.E. 2 il müddətində 8 şagirdə davamlı olaraq işgəncə verərək cinsi istismara məruz qoyublar.
“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2018-2020-ci illər arasında Konyanın Cihanbəyli rayonunda baş verib. Adnan Menderes adına ibtidai məktəbində 8 şagird G.E və onunla eyni məktəbdə işləyən həyat yoldaşı A.E. tərəfindən fasilələrlə işgəncələrə və cinsi zorakılığa məruz qalıb.
Şagirdlər müəllim ər-arvadın işgəncəsinə və cinsi istismara məruz qaldığını iddia ediblər.
Nəticədə şagirdlər vəziyyəti valideynlərinə demək məcburiyyətində qalıblar. Valideynlərin şikayəti əsasında müəllim cütlüyünə qarşı cinayət işi qaldırılıb. Prokurorluq istintaq çərçivəsində zərərçəkmiş qismində 10-11 yaş arası uşaqların ifadələrini alıb.
Araşdırmalar zamanı bəlli olub ki, müəllimlər 8 şagirdi tualetə kilidləyib, ağızlarını və əllərini lentlə bağlayıb, əl-üz yuyanın içinə salıb boğmağa çalışıb, qələmlə başlarına yaza bilmədikləri hərfləri yazıb, zibil yeşiyində oturmağa məcbur edib, dostlarının üzərilərinə zibil atmağa məcbur edib, bıçaqla qorxudub, məktəbin zirzəmisinə bağlayıb çubuqla döyüb, saçlarını kəsdirərək yeməyə məcbur ediblər.
Həmçinin A.E.-nin tələbə qıza qarşı cinsi zorakılıq etdiyi də iddia edilib.
Əgər cinayət hadisəsi məhkəmədə sübuta yetirilərsə, o zaman G.E. “işgəncə” cinayətinə görə 120 ilədək, həyat yoldaşı A.E-nin isə “işgəncə və cinsi istismar” cinayət əməllərinə görə 132 ilədək həbs cəzası gözləyir.
Müəllim cütlük mart ayında məhkəmə qarşısına çıxacaq.
Follow @7timesaz