Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini açıqlayıb.
7Times.az xəbər verir ki, o bu barədə çıxışı zamanı danışıb.
Ərdoğan qeyd edib ki, Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir.
“Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində Ukraynaya səfərim olacaq”, – deyə Türkiyə lideri bildirib.
Follow @7timesaz