Dünya

İŞİD terrorçuları həbsdən qaçdı

İŞİD terrorçuları həbsdən qaçdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın Həsəkə şəhərində yerləşən Sanavia həbsxanasından 20 məhkum qaçıb.

 

7Times.az “Al Mayadeen” kanalına istinadən xəbər verir ki, qaçanlar arasında İŞİD terrorçuları da var.

 

Terrorçuların qaçmasına kömək edən şəxslər həbsxananın qarşısında 2 avtomobil partladıblar.

 

Qaçan terrorçuların axtarışına başlanılıb. Axtarışlara ABŞ ordusunun helikopterləri də cəlb olunub.