ABŞ-ın Qərbi Virciniya ştatının Dunbar şəhərində canlı yayım zamanı müxbirin başına iş gəlib.
7Times.az “Unikal”-a istinadən xəbər verir ki, yerli televiziya kanallardan birinə canlı bağlanan müxbiri avtomobil vurub. Hadisə anı efirdə yayımlanıb. Daha sonra müxbir yıxıldığı yerdən qalxaraq yayımını davam etdirib.
Amerikalı jurnalist “Bütün həyatım gözümün önündən keçdi” , deyərək canlı bağlantısına davam edib.
Müxbirin bu hərəkəti sosial mediada gündəm olub.