Dünya

Yəməndə təcridxanaya hava hücumu olub: Azı 60 nəfər olüb

Yəməndə təcridxanaya hava hücumu olub: Azı 60 nəfər olübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ilə İranın dəstəklədiyi husilər arasında şiddətli toqquşmalar davam edir.

Koalisiya qüvvələri husilərin nəzarətində olan Saada şəhərinə hava hücumu zamanı təcridxana mərkəzini hədəf alıb.

“Save the Children” qeyri-hökumət təşkilatı tərəfindən verilən açıqlamada hava hücumunda ən az 60 nəfərin həyatını itirdiyi bildirilib.

Təcridxanada axtarış-xilasetmə işlərinin davam etdiyi və dağıntılar altında çoxlu cəsədin olduğu iddia edilib.

Hücumun mətbuata çıxmasının ardından koalisiya qüvvələri hadisənin araşdırılacağını açıqlayıb.