“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” heyətinə yeni futbolçu qatmaq niyyətindədir.
Qol.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Fransa təmsilçisi “Arsenal”dan Pyer-Emerik Obameyanqı sıralarına cəlb etməyi planlaşdırır. Lakin 33 yaşlı hücumçu Liqa 1 klubundan yüksək məbləğdə maaş tələb edir.
Obameyanqla “Sevilya”, PSJ kimi klublar da maraqlanır.
Qeyd edək ki, “Qarabağ” “Marsel” ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Follow @7timesaz