Baloğlan Əşrəfovun oğlu efirdə atasından danışıb ağlayıb.
7Times.az xəbər verir ki, ATV-də yayımlanan “Üzbəüz” verilişinin qonağı olan Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov atasından danışarkən göz yaşlarını saxlaya bilməyib:
“31 dekabr günü ad günüm idi. Həmin günü getdim atamın məzarının üstünə, orada keçirdim. Mənim ad günümdə hər zaman o bizə gəlirdi. Bu dəfə mən getdim”, – deyən Elşən ağlayıb.
Qeyd edək ki, Baloğlan Əşrəfov ötən ilin aprelində koronavirusdan dünyasını dəyişib.