Belçika hökuməti öz vətəndaşlarına Ukraynaya zəruri olmayan səfərləri təxirə salmağı tövsiyə edib.
7Times.az-ın xəbərinə görə, bu barədə Belga agentliyi məlumat yayıb.Məlumatda deyilir ki, 2021-ci ilin noyabrından etibarən Ukraynanın Rusiya və Belarusla sərhədində gərginlik artıb. Vəziyyəti proqnozlaşdırmaq mümkün deyil və hadisələr hər an gözlənilməz şəkildə inkişaf edə bilər. Bu səbəbdən Ukraynaya zəruri olmayan səfərləri təxirə salmaq tövsiyə edilir.
Follow @7timesaz