Stavropol diyarında təqaüdçü ilə bağlı yaşanan hadisə hər kəsin ən çox müzakirə etdiyi mövzu kimi diqqət mərkəzinə düşüb. 60 yaşlı yerli sakin məhkəmə qarşısındadır.
Təqaüdçünün nəyə görə məsuliyyət daşıdığının təfərrüatı hər kəsi şoka salıb.
Belə ki, 2021-ci ilin sonlarında evdə keçirilən geniş tərkibli şənlik zamanı 60 yaşlı Ninanın könlünə 15 yaşlı məktəbli Aleksey düşür. Gecəni də onunla keçirir. Səhər qadın özünə gələndə utanc hissi ilə yanaşı, gəncin ondan polisə şikayət edəcəyindən qorxur. Qorxu və utanc səbəbəbindən yeniyetməni qabaqlamaq qərarına gəlir və zorlama ilə bağlı polisə müraciət edir. Məktəbli həbs edilir və araşdırma başlayır. İçki məclisinin bütün iştirakçıları və ev sahibi ilə söhbət aparılıb. Onların ifadəsindən məlum olub ki, təqaüdçü ilə yeniyetmənin cinsi əlaqəsi razılığ əsasında olub. Müstəntiqlər yaşlı qadına qarşı 16 yaşı tamam olmamış şəxsə qarşı yalandan danmaq və nalayiq hərəkətlər etmək ittihamı ilə cinayət işi açıb.
Follow @7timesaz