Ölkə

Yasamalda aksiya keçirilir – VİDEO+FOTO

Yasamalda aksiya keçirilir – VİDEO+FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Yasamal rayonu ərazisində uzun illərdir inşa edilən və mənzilləri sahiblərinə təhvil verilməyən binanın sakinləri etiraz aksiyası keçirdi.

Mənzil sahibləri pullarını əvvəlcədən binanı tikən MTK-nın müvafiq kassasına ödəsələr də nə bina tikilib-təhvil verilir, nə də pullar geri ödənilir. Etiraz aksiyasının iştirakçılarının dediklərinə görə MTK-nın sahibi Rauf Əliyev Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun qohumudur. Söz yox ki, İH-nın “dobrosu” olmadan nə bina inşa edilə, nə də xalqın min-bir əziyyətlə topladıqları pulu mənimsənilərdi.

Yeri gəlmişkən, Rauf Əliyevə artıq “Əjdaha” ləqəbi də qoyulub və onun bu ləqəbi məhz vətəndaşların vəsaitlərini mənimsəməsi ilə əlaqələndirilir.

7Times.az -ın məlumatına görə, təhvil verilməmiş binada bir mənzilin bir neçə şəxsə müxtəlif yüksək məbləğlərdə satıldığı da bildirilir və bu haqda müvafiq instansiyalara məlumatlar verilib.

 

Rauf Əliyev və komandası isə şikayət olan kimi hər kəsi güvəndiyi yerə göndərir:
Yasamal rayon İcra Hakimiyyətinə. Daha dəqiq desək, başçı Elşad Həsənovun qəbuluna.

Təbii ki, cənab başçı da şikayətçiləri müxtəlif üsullarla başından etmək üsullarını tətbiq edir.

P.S. Görünür, Elşad müəllim hər nə olarsa qohumu Rauf Əliyeviə ona güvənməyini məsləhət görür. Ümid edirik ki, vətəndaşların şikayətləri müvafiq dovlət qurumları və hüquq-mühafizə orqanları tərəfindən qeydə alınacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sözügedən videonu sizlərə təqdim edirik: