Maqazin

İradə İbrahimova: “Həmişə ölməkdən yox, öldürməkdən qorxmuşam” – FOTO

İradə İbrahimova: “Həmişə ölməkdən yox, öldürməkdən qorxmuşam” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müğənni İradə İbrahimova koronavirusa yoluxub.
Bu barədə sənətçi “Instagram” hesabında paylaşım edib.
İfaçı yeni fotosunu yayımlayaraq, evdə müalicə olunduğunu deyib:
“COVID-19-un can aldığı, insanları nəfəssiz qoyduğu vaxtlarda mənə dəyib-dolaşmadı. Bunun üçün mən də çox əmək verdim. Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim, amma olmadı. Həmişə ölməkdən yox, öldürməkdən, pis bir işə səbəb olmaqdan, insanların yaşam sevinclərini əllərindən almaqdan qorxmuşam.
Sevdiklərimdən uzaq, otağıma bağlı şəkildə sağlamlığıma dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir, həm də düşündürür. Demək ki, mən olmayanda da həyat mənsiz öz axarında, gözəl bir şəkildə davam edir. Qabaqcadan xoş diləkləriniz, dualarınız üçün hər birinizə çox təşəkkür edirəm!
Sağlıq! Hər şeyin başı sağlıqdır! Qalanı təfərrüat!”
Qeyd edək ki, İradə İbrahimova uzun illərdir Türkiyədə yaşayır. O, iş adamı Ceyhun İzerlə ailəlidir. Sənətçinin İpek adlı bir qızı, Ali adlı bir oğlu var.