Ölkə

Azərbaycanlı aktrisanın adı POLİSDƏ: “Səs yazıları, videolar…”

Azərbaycanlı aktrisanın adı POLİSDƏ: “Səs yazıları, videolar…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Çimnaz Sultanova evindən külli miqdarda bahalı oğurluq edilməsi barədə danışıb.

Lent.az-ın məlumatına görə, aktrisa bildirib ki, evindən oğurluq edən şəxsin onda səs yazıları var. Ç.Sultanova illər öncə televiziyaların birindən bu barədə açıqlamasını paylaşaraq yazıb:

“5 aprel 2019-cu ildə ilk dəfə verdiyim açıqlamam. 2018-ci il, dekabr ayında mənim evimdən oğurluq edən və bu cinayəti öz azyaşlı qızının üstünə atan, Əlixanova Zərif Vaqif qızının, onun öz uşağının haqqında danışan və hadisə necə baş verməsi haqqında hər kəsi şoka salan səs yazışmalarının paylaşımını edəcəm.

Sübut edəcəm ki, mən heç vaxt heç kimin haqqında yalan məlumat, uydurma , təhqir, şər və böhtan atan insan deyiləm. Bununla yanaşı, onun anasının, Aytac adlı bacısının və onun uşağının atası Vaqif bəyin, hüquqi-mühafizə orqanlarına dələduz əməlləri haqqında dediklərini və məsuliyyətini öz boynuna götürülməsinə, mənə dəymiş ziyanı ödəməsi barədə səs yazılarını və video görüntüləri təhvil vermişəm…

Zərifin könüllü yazdığı, mənə dəymiş ziyanı ödəməsi haqda  qəbzini sizlərə təqdim edəcəm. Bu qəbzi öz təşəbbüsü ilə və könüllü yazmağının video görüntüsü de var! Şok açıqlamam sabah olacaq”.