“Türk Hava Yolları” aviaşirkəti İstanbul və Sabiha Gökçen hava limanlarından bəzi reyslərin təxirə salınması ilə bağlı açıqlama yayıb.
7Times.az xəbər verir ki, məlumata görə, İstanbulda yağan güclü qar səbəbindən “Türk Hava Yolları” ehtiyat tədbiri olaraq yanvarın 24-nə planlaşdırılan uçuşların bir qismini yerinə yetirməyəcək.
Belə ki, bu gün İstanbul hava limanında 52, Sabiha Gökçen aeroportunda isə 31 reys təxirə salınıb. İndiyə qədər şəhərin hər iki hava limanında planlaşdırılan reyslərin ləğv edilməsi halları istisna olmaqla, uçuşlarda heç bir neqativ hal olmayıb.
Follow @7timesaz