Türkiyəli məşhur aktyor Aybərk Pekcan vəfat edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl ağciyər, qaraciyər və böyrəküstü vəzilərində xərçəng aşkarlanan aktyor bu gün 51 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, A.Pekcan “İhlamurlar altında”, “Yaprak dökümü”, “Kurtlar vadisi”, “Keşanlı Ali destanı” və “Diriliş Ərtuğrul” seriallarındakı obrazlarıyla tanınır.
Follow @7timesaz