Türkiyənin Antalya şəhərinin bir tərəfində yaz havası müşahidə olunur, digər tərəfində isə qar yağır.
7Times.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, şəhərin sahil bölgəsində insanlar günəşli havadan zövq alır, balıq tutur, parklarda gəzirlər.
Antalyanın Alacabel keçidində isə qar mənzərələri müşahidə olunur.