Dünya

Türkiyə insansız döyüş gəmisini uğurla sınaqdan keçirib

Türkiyə insansız döyüş gəmisini uğurla sınaqdan keçiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin insansız döyüş gəmisi – “ULAQ” uğurla sınaqdan keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 2021-ci ildə dünyada ilk dəfə insansız döyüş gəmisindən raket ataraq hədəfi müvəffəqiyyətlə məhv edən “ULAQ”, əlavə edilmiş yeni uzaqdan idarə olunan silah sistemi ilə baza və limanların mühafizəsində iştirak edəcək.

Müdafiə sənayesində milli sərmayə ilə fəaliyyət göstərən Antalya mərkəzli ARES Gəmiqayırma Zavodu və Ankarada yerləşən Meteksan Müdafiə 12,7 mm-lik uzaqdan idarə olunan silah sistemini Türkiyənin ilk və yeganə “SİDA ULAQ” platformasına inteqrasiya edərək atış sınaqlarını uğurla başa çatdırıb.