“Prezident Putin olsaydım, Ukraynanı çoxdan götürərdim və hər şeyi qaydasına salardım”.
7Times.az unikal-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramazan Kadırov deyib.
Kadırov bildirib ki, o, Rusiya prezidenti olsaydı, “Ukraynanı çoxdan ələ keçirər, ora qoşun göndərər və hər şeyi qaydaya salardı”. Onun videoya çəkilən təklifini İnstaqramda respublika parlamentinin sədri Maqomed Daudov yayıb.
Kadırov vurğulayıb ki, Ukrayna hazırda ABŞ-nin nəzarəti altındadır və Vaşinqtonu Rusiya sərhədləri yaxınlığında yeni hərbi baza yerləşdirməyə çalışmaqda və Ukraynaya tamamilə biganəlikdə ittiham edib. O hesab edir ki , ukraynalılar özləri buna müqavimət göstərmək istəmirlərsə, o zaman Moskva hərəkətə keçməli və ölkəni ilhaq etməlidir.
Follow @7timesaz