“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyunundan sonra təlim-məşq toplanışını dəyərləndirib.
7Times.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bu gün Polşanın “Visla Krakov” klubu ilə görüşün (0:0) ardından klubun televiziyasına fikirlərini bildirib. O, toplanışdan və hər bir futbolçusundan razı qaldığını deyib.