“Rusiya Federasiyasının hakimiyyət orqanları hər il Çeçenistan Respublikasına 300 milyard rubl məbləğində maliyyə yardımı göstərir”.
Yeniavaz.com “ura.ru”ya istinadən xəbər verir ki, bunu respublika rəhbəri Ramazan Kadırov Çeçenistan parlamentinin sədri Maqomed Daudovun instaqram hesabındakı canlı yayımında deyib.
“And olsun ki, biz Rusiyasız üç ay belə dözə bilmərik. Hətta bir ay belə. Biz Rusiya olmadan yaşamayacağıq. Əgər bizə başqa bir şey təklif olunursa, bizə iqtisadi model yazsınlar. Allah bizə yaşamaq və inkişaf etmək şansı verib. Heç bir şeytanın sözünə qulaq asmayın” ,- Kadırov bildirib.
Həmin kadrları təqdim edirik.