Dünya

Məşhur fotoqraf Parisin mərkəzində DONARAQ ÖLDÜ

Məşhur fotoqraf Parisin mərkəzində DONARAQ ÖLDÜbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış fotoqraf Parisin mərkəzində küçədə donaraq ölüb. Səkkiz saat ərzində yoldan keçənlərdən heç biri ona kömək etməyib.

7Times.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Hadisə yanvarın 19-da 84 yaşlı Rene Robert Rue Turbigot küçəsindəki evindən çıxarkən baş verib. Gəzərkən yıxılıb və huşunu itirib.

Yoldan keçən çoxlu sayda adamın heç biri qocaya kömək etməyib. Yalnız çərşənbə günü səhər saat 6:30-da Parisli evsizlərdən biri tərəfindən çağırılan təcili xidmətlər hadisə yerinə gəliblər.

Fotoqraf ağır hipotermiya vəziyyətində və kəllə-beyin travması ilə xəstəxanaya aparılıb.

Musiqiçi və jurnalist Mişel Monponte “France Info” radiosunun efirində dostunun faciəli taleyindən danışıb.

Rene Robert flamenko rəqsi sahəsindəki foto işinə görə beynəlxalq şöhrət qazanıb.