Ukraynanın rus işğalçılarının qarşısında çoxqatlı tank əleyhinə müdafiə qurmaq imkanı var.
7Times.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Senzor.net” saytının baş redaktoru Yuri Butusov Feysbuk səhifəsində yazıb.
“Senzor.net”in mənbələrinin verdiyi məlumata görə, 25 yanvar 2022-ci il tarixinə qədər ABŞ və Böyük Britaniya aşağıdakı tədarükləri həyata keçirib:
– 700 ədəd “Javelin” tank əleyhinə idarəolunan raket;
– 2200 ədəd NLAW tank əleyhinə qumbaraatan;
– 200 ədəd BDM hücum qumbaraatanı;
– Avtomatik qumbaraatanlar üçün 40 mm-lik kumilyativ-qəlpəli qumbaralar;
– 12.7 mm-lik zirehdələn-yandırıcı güllələr.
Butusov Ukrayna ordusunun arsenalında olan tank əleyhinə silahların ümumi siyahısını da açıqlayıb:
– 1200 ədəd “Javelin” tank əleyhinə idarəolunan raket;
– 150 ədəddən çox “Javelin” tank əleyhinə idarəolunan raketin buraxılış qurğusu;
– 2200 ədəd NLAW tank əleyhinə qumbaraatan;
– 7800 ədəd “Stuqna” “Korsar”, “Baryer” tank əleyhinə idarəolunan raket;
– 700 ədəd “Stuqna” “Korsar”, “Baryer” tank əleyhinə idarəolunan raketlərin buraxılış qurğusu;
– Tank əleyhinə idarəolunan raket və bombalarla silahlanmış 12 ədəd “Bayraqdar” PUA.
Onun sözlərinə görə, ABŞ-dan ən son 3-cü nəsil tank əleyhinə silahların tədarükü hər gün davam edir:
“Javelin”in tədarüklərinin sayı hər gün artır. Həmçinin, yaxın vaxtlarda Baltikyanı ölkələr və ABŞ-dan yeni “Javelin”lər gətiriləcək. Aydındır ki, müharibə başlayandan sonra tədarükün həcmi xeyli artacaq. NATO təlimatçıları artıq yeni silahlara yiyələnmək üçün çoxlu sayda ukraynalı hərbçiyə təlimlər keçirlər”.
Follow @7timesaz