Lənkəran rayonunda 3 il əvvəl baş vermiş oğurluq faktının üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan 7Times.az-a verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında rayonun Səpnəkəran kəndində yerləşən evlərin birindən 3 min 750 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Səpnəkəran kənd sakini T.Hüseynov olduğu müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Follow @7timesaz