Ölkə

RAYONDA ŞOK! Qonşu qadınla cinsi əlaqədə olan kişiyə qəbiristanlıqda GÖRÜN NƏ ETDİLƏR

RAYONDA ŞOK! Qonşu qadınla cinsi əlaqədə olan kişiyə qəbiristanlıqda GÖRÜN NƏ ETDİLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayonunda 1993-cü il təvəllüdlü Əbdül münaqişə zamanı həmkəndlisi Toğrula (adlar şərti verilib – red.) xəsarət yetirib.

7Times.az Teleqraf.com-a istinadəm xəbər verir ki, Əbdül bacısı Sənəmin həmkəndlisi Toğrulla cinsi münasibətlərinə görə qisas almaq qərarına gəlib.

Onların arasında dava 9 sentyabr 2020-ci ildə saat 20 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən “Qazyan Piri” adlanan qəbirstanlığın qarşısında olub.

İstintaq orqanı Əbdülə Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edib.

“Qəbiristanlığın qarşısına getdik”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbdül elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, həmkəndlisi Toğrulu əvvəldən tanıyıb: “Onunla aramızda heç bir ədavət və düşmənçiliyimiz olmayıb. Sənəm mənim bacımdır. Sənəm Toğrulla qonşuluqda ailəsi ilə birlikdə yaşayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 9-da saat 20 radələrində Toğrulun mobil telefonuna zəng edib, öz avtomobili xarab olduğu üçün onu Qazyan kəndinə maşınla aparmağı xahiş edib: “Əmim oğlu Rəsul da yanımda idi. Təxminən 10 dəqiqə sonra Toğrul məni və Rəsulu avtomobilinə götürdü. Toğrul mənə bildirdi ki, ağrıyır, avtomobili idarə edə bilmir. Bu səbəbdən avtomobili mənim idarə etməyimi istədi. Onun maşınında Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən “Qəzyan Piri” deyilən qəbristanlığın yoluna döndük. Həmin yolda avtomobildən düşərək gözlədik. Toğrul məndən orada niyə gözlədiyimizi soruşdu. Mən də gözləməyi dedim”.

“Səhv etdiyini bildirdi”

Əbdül qeyd edib ki, təxminən 10 dəqiqə sonra atası Bahəddin və Sənəmin qayını Elvin “BMV” markalı avtomobillə həmin yerə gəliblər:

“Elvin qardaşının həyat yoldaşı Sənəmə qarşı Toğrulun əxlaqsız hərəkətlər etdiyini bildirdi. Bundan sonra atam Toğruldan nəyə görə belə hərəkətlərə yol verməsini soruşdu. O, əvvəlcə hərəkətlərini etiraf etmədi. Sifətinə iki şillə vurdum. Elvin də onun sifətinə vurdu. Bundan sonra Toğrul səhv etdiyini bildirdi”.

“Atam üzünə tüpürdü”

Əbdül qeyd edib ki, həmin vaxt Toğrul atası Bahəddinə yalvarıb: “Daha sonra Toğrulu orada qoyduq və Elvinin avtomobili ilə oradan kəndə qayıtdıq. Bundan başqa aramızda heç bir münaqişə olmayıb. Mən Rəsul və Elvinlə Toğrulu yerə yıxmamışıq. Onun əlini və ayaqlarını iplə bağlamamışıq. Onu yerə yıxaraq yumruq və təpiklə döyməmişik. Toğrulu mən və Elvin ayaq üstə şillə ilə sifətinə vurnuşuq. Atam isə Toğrulun etdiyi hərəkətlərə görə üzünə tüpürdü”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Toğrulun sözlərinə görə, sentyabrın 9-da saat 20 radələrində yaşadığı Ucar rayonu Lək kəndində evində olub: “Bu zaman Əbdül mənə zəng etdi. Avtomaşınlarının xarab olduğunu, onları “Qəzyan Piri” qəbristanlığına aparmağı, orada avtomobillərinin xarab olduğunu bildirdi.

Avtomobilimi işə salaraq Əbdülün yaşadığı evin qarşısına gəldim. Həmin yerdə Əbdül və əmisi oğlu Rəsul avtomobilimə əyləşdilər və qəbirstanlığa tərəf sürməyimi istədilər. Qəbristanlığa çatanda avtomobilin harada olduğunu soruşdum. Avtomobillərinin xarab olamadığını, qazyanlılarla aralarında münaqişə olduğunu, evdə bilməsinlər deyə mənim maşınımda həmin yerə gəldiklərini dedilər”.

“Bildirdi ki, başıma sidik ifraz edib, şəklimi çəksinlər”

Zərərçəkmiş qeyd edib ki, təxminən 3 dəqiqə sonra Bahəddin və Elvin “BMV” marakalı avtomobillə qəbristanlığa gəliblər:

“Bahəddin mənə yaxınlaşaraq qızı Sənəmə söz atdığımı dedi. Sənəmlə aramda heç bir münasibət olmadığını söylədim. Bu vaxt Elvin, Əbdül və Rəsul üstümə hücum etdilər. Üçü məni yerə yıxıb əl-qolumu iplə bağladılar. Yerdə təpik-yumruqla döyməyə başladılar. Təxmənən 40 dəqiqə məni yerdə döydülər. Bahəddin isə kənarda dayanıb, bizə tamaşa etdi.

Sonra Elvin özünə məxsus olan mobil telefonu çıxardaraq məni yerdə yıxılı, əl-qolu bağlı vəziyyətdə telefonun kamerası ilə çəkməyə başladı. Təxminən 10 dəqiqə ərzində məni telefonun kamerasına çəkdi. Sonra Əbdül bildirdi ki, başıma sidik ifraz edib, şəklimi çəksinlər. Lakin bu hərəkəti etmədilər”.

Zərərçəkmiş qeyd edib ki, Bahəddin, Əbdül, Elvin və Rəsul ona sözlə hədə-qorxu gəlib, kəndi tərk etməyi, əks halda öldürəcəklərini deyiblər. O bildirib ki, hadisə zamanı onun sol qabırğası sınıb, həmin xəsarəti ona Əbdül təpiklə vuraraq yetirib.