Dünya

Kim Çen In özü ilə şəxsi unitaz gəzdirirmiş

Kim Çen In özü ilə şəxsi unitaz gəzdirirmişbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şimali Koreya lideri Kim Çen In barəsində növbəti qeyri-adi məlumat yayılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yayılan məlumata görə, Kim Çen In səfərlərə çıxanda özü ilə şəxsi ayaqyolu da götürür. Bundan başqa, onun avtomobilinə də unitaz quraşdırıldığı söylənilir.
Şimali Koreya liderinin xalqa inanmadığı üçün bu cür ehtiyat tədbiri gördüyü vurğulanır.
İnformasiya mənbəsinin bildirdiyinə görə, Kim Çen In qorxur ki, təbii nəcisini analiz edən düşmən kəşfiyyatçıları onun səhhətinin vəziyyətini öyrənə bilər.
Şimali Koreya liderinin şəxsi tualetlərinin mühafizə altında olduğu da bildirilir. Onlardan istifadə edən hər kəs ölüm cəzasına məhkum edilə bilər.
“Kim Çen Inın təkcə şəxsi qatarında deyil, həm də ölkəni gəzdiyi vaqonlarda, hətta dağlıq ərazi və ya qar üçün nəzərdə tutulmuş xüsusi avtomobillərdə də tualetlər var”, – deyə məlumatda bildirilir.
Mətbuatın yazdığına görə, siyasətçi səhhətinin qayğısına qalıb və hazırda pəhriz saxlayarkən qidalanmasına nəzarət edir. Pəhriz saxlasa da, o, spirtdən, İsveçrə pendirindən və omardan imtina edə bilmir.