Hərbi

Ukraynaya qarşı ərəb muzdluları hazırlanır? – VİDEO

Ukraynaya qarşı ərəb muzdluları hazırlanır? – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Donbassda döyüşmək üçün Suriyadan ərəb muzdluları gətirməyə hazırlaşır.
7Times.az
 xəbər verir ki, bu barədə “Russkaya Vesna” portalı yazıb. Bildirilib ki, bu haqda müxalif Suriya KİV-lərində məlumatlar yer alıb.
Nəşr iddia edir ki, Rusiyanın vasitəçiliyi ilə Bəşər Əsəd rejiminin tərəfinə keçən suriyalı könüllülərin əksəriyyəti hazırda Dəra əyalətindədir və onlar çoxlu əməliyyatlarda iştirak etmiş təcrübəli döyüşçülərdir.
Məlumatlı mənbələr “Daraa 24” agentliyinə təsdiqləyiblər ki, Rusiya dördüncü və beşinci korpusun hərbçilərini, həmçinin general Süheyl əl-Həsanın “Pələng” hücum diviziyasının döyüşçülərini yenidən hazırlıq keçmək üçün T-4 aviabazasına cəlb etmək niyyətindədir. Önümüzdəki həftələrdə təlim əməliyyatlarının başlanacağı iddia edilir.
“Mənbələr onu da təsdiqləyiblər ki, təxminən on gün əvvəl qruplardan biri intensiv təlimlərə başlayıb. Bundan sonra qruplar Xmeymim vasitəsilə Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığının yerləşdiyi Don çayı sahilindəki Rostov şəhərinə göndəriləcək”, – nəşr yazır.
Məqalədə Rusiyanın Ukraynadakı müharibədə iştirak etmək üçün Donbas bölgəsinə köçürməyi planlaşdırdığı döyüşçülərin sayının birinci mərhələdə 2500, növbəti mərhələdə isə 4000 olduğu yazılıb:
“Şərtləri hələ bizə məlum olmayan müqavilələrə əsasən, hər döyüşçü aylıq 700 dollar maaş alacaq, döyüşlər baş verərsə, 1200 dollara qədər artırılacaq.
Eyni zamanda, məlumatlı mənbələr rus zabitlərinə istinadən bildirirlər ki, Rusiya hesab edir ki, ərəb döyüşçülərin Donbasa göndərilməsi onların qarşısındakı mənəvi maneələri aradan qaldıracaq və onlar döyüşlər zamanı tərəddüd etməyəcəklər, çünki rəqiblər etnik və dini baxımdan onlardan fərqlənirlər”.
Suriya müxalifətinin mötəbər mətbuat orqanlarından biri olan NORS bu haqda yazır:
“Yerli mənbələr bildirir ki, Rusiya Əsədin 5-ci korpus döyüşçülərini Ukraynanın şərqinə döyüşməyə göndərmək üçün Suriyadakı xüsusi ordu bazalarında təlim keçir. Məlumat hələlik təsdiqini tapmayıb, lakin bu, əvvəllər Liviyada olub, Ukraynada da təkrarlana bilər”.
NORS hətta rus hərbi məsləhətçilərinin tankların məhv edilməsi də daxil olmaqla Suriya ordusuna keçdiyi təlimlərin təzə görüntülərini də yayıb: