Kanada hökuməti Ukrayna səfirliyindəki diplomatların ailələrini və operativ işlərdə çalışmayan əməkdaşlarını geri çağırmaq barədə qərar verib.
7Times.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, hökumət Ukraynadakı vəziyyəti diqqətlə izləyir, eyni zamanda Kanada vətəndaşlarının təhlükəsizliyi Ottava üçün prioritet olaraq qalır.
Follow @7timesaz