ABŞ-ın Ohayo ştatının Merisvil şəhərindəki hotellərdən birində ən azı 16 nəfər huşsuz vəziyyətdə tapılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar hovuzun yaxınlığındakı ərazidə aşkarlanıb. Həmin şəxslərdən 14-ü dərhal xəstəxanaya yerləşdirilib. Daha iki nəfərə isə yerindəcə tibbi yardım göstərilib.
İlkin məlumatlara görə, huşunu itirənlərdə boğaz yanğısı və başgicəllənmə kimi simptomlar olub.
Hadisənin səbəbləri araşdırılır.
(oxu.az)
Follow @7timesaz