Maqazin

Ağalarovlar külli miqdarda kredit götürdü

Ağalarovlar külli miqdarda kredit götürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Krokus Qrup” şirkətinin prezidenti, azərbaycanlı milyarder Araz Ağalarov və oğlu Emin Ağalarov şirkətin maliyyə öhdəliklərini yerinə yetirmək məqsədilə kredit götürüblər.

7times.az Axar.az-a istinadla xəbər verir ki, bunu Emin Ağalarov RBK telekanalına müsahibəsində deyib.

“Şirkətlər qrupunun sahibi olan atam Araz Ağalarov və mən kredit götürdük, böyük məbləği o götürdü”, – Emin Ağalarov bildirib.

E.Ağalarov götürdükləri kreditin məbləğini açıqlamasa da, “Krokus Qrup”un mətbuat xidməti RBK-ya açıqlamasında onun 100 milyon rubl məbləğində olduğunu bildirib.

Emin Ağalarov karantin tətbiqindən sonra ticarət mərkəzlərində trafikin hələ bərpa olunmadığını və 20-25 faiz azaldığını deyib.