Dünya

Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı açıqlama: “O uşağın qəbahəti yoxdur…”

Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı açıqlama: “O uşağın qəbahəti yoxdur…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
CHP lideri Kamal Kılıçdaroğlu Trabzonda açılış mərasimində ona “xain” deyən uşaqla bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, əvvəlcə sosial şəbəkə hesabında paylaşım edən siyasətçi yazıb: 
“Xahiş edirəm, balaca uşağımızla bağlı xəbəri paylaşmayın, pis söz söyləməyin. O, hələ balacadır. Hamıdan xahiş edirəm, hisslərimizə qapılmadan uşaq pedaqogikası nə deyirsə, ona əməl edin”.
Kılıçdaroğlu daha sonra jurnalistlərə açıqlamasında deyib: 
“Mənzərə məni çox məyus etdi. Dostlarım da paylaşmışdı. Paylaşımları sürətlə silin. O uşağın, o gözəl övladımızın heç bir qəbahəti yoxdur. Videonu izləyəndə təşviş keçirdim. Belə bir şey başıma gəlməmişdi. Mənim bütün cəhdlərim övladlarımıza gözəl Türkiyə qoymaqdır. Kindən, qəzəbdən uzaq, hamını sevgi ilə qucaqlayan, təbiəti sevən gənclərin bu ölkənin gələcəyi və ümidi olduğu bir Türkiyəni ayağa qaldırmaq istəyirəm”.
Xatırladaq ki, Trabzonda Berat Can Gürsoy adlı azyaşlı mikrofonu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan alaraq  “Bəy Kamal Prezident əmimin qarşısında kimdir ki? O adam xaindir, xain” demişdi.