Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın xarici işlər naziri Liz Trussın Londonda yaşayan rus oliqarxların əmlaklarının müsadirə olunması ilə bağlı açıqlamasına cavab verib.
7Times.az xəbər verir ki, Zaxarova istehzalı şəkildə Rusiyanın əvvəllər xahiş etdiyi korrupsioner məmurların siyahısını öyrənməyi tövsiyə edib.
“Bir addım da geri çəkilməyin, xanım Truss! Biz həqiqətən sizə güvənirik. Heç bir Britaniyanın qısamüddətli maliyyə maraqları demokratiya və azadlıqdan vacib ola bilməz! İdeyanızı həyata keçirin. Bəli, yeri gəlmişkən, orada Rusiyanın hansı korrupsioner məmurların ekstradisiyasını tələb etdiyinə dair siyahı var”, – Zaxarova bildirib.
Bazar günü Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bildirib ki, London ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi çərçivəsində Londondakı rus oliqarxlarının əmlakının müsadirə oluna biləcəyi ehtimalı istisna edilmir. Bu cür sanksiyaların ingilis investorlarını da vura biləcəyi ilə bağlı sualı cavablandıran Truss deyib ki, “demokratiya və azadlıq anlıq maliyyə maraqlarından daha vacibdir”.
Follow @7timesaz