İttifaq Dövlətinin reaksiya qüvvələrinin yoxlanılmasında iştirak edən Rusiyanın Şərq Hərbi Dairəsinin (VVO) bölmələri Belarusda səhra postlarını yerləşdirməyə başlayıb, vahid komanda və idarəetmə sistemi təşkil edib.
Publika.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Qoşunların mütəxəssisləri vahid komanda idarəetmə sistemini təşkil ediblər. Komanda və idarəetmə sisteminə təlim meydanlarında yerləşən cəlb olunmuş bölmələrin komanda məntəqələri daxildir”, – məlumatda deyilir.
Qeyd olunur ki, bütün komanda məntəqələrində videokonfrans təşkil edilib və müxtəlif səviyyəli komandirlər real vaxt rejimində idarəetmə siqnallarını ötürə bilirlər. Artıq komanda məntəqələrinin yerdə yerləşdirilməsi üçün mühəndis işləri aparılıb. İndi onların maskalanması aparılır.
Follow @7timesaz