Biz kapitulyasiya imzalamağa məcbur olduq, sındırıldıq.
7Times.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan mediaya geniş müsahibəsində deyib.
Buna baxmayaraq, o, “Qarabağla bağlı danışıqları” bərpa etmək üçün hələ də imkanlar olduğunu, Minsk Qrupunu diriltməyin lazım gəldiyini iddia edib və bildirib ki, hakimiyyətdən bu yolla getməyi tələb etməlidirlər.
O, hakimiyyətin “siyasi dilənçilik”dən qurtarmalı olduğunu deyib və iddia edib ki, Paşinyan doğru olmayan yolla gedir.
Sərkisyan sözlərinin revanşizm kimi qəbul edilməməsini də istəyib.
Follow @7timesaz