Dünya

Yanvar ayı ərzində rekord sayda jurnalist öldürülüb – SİYAHI

Yanvar ayı ərzində rekord sayda jurnalist öldürülüb – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünya üzrə jurnalistlərin qanuni hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərən “Press Emblem Campaign”  tərəfindən verilən məlumatda 2022-ci ilin ilk ayında rekord sayda jurnalistin öldürüldüyü bildirilib.
7Times.az Sfera.az-a istinadən xəbər verir ki, sözügedən təşkilatın baş katibi Blez Lempen qətlləri pisləyərək, 2022-ci ilin yanvar ayında 12 jurnalistin təcavüzkarlar tərəfindən öldürüldüyünü deyib. B.Lempen öldürülən media nümayəndələrinin ailələrinə adekvat olaraq kompensasiya verilməli olduğunu  təklif edib.
Lempen qeyd edib ki, son bir ayda Meksikadan dörd, Haiti, Honduras və Pakistanda iki, Qazaxıstan və Myanmada isə bir jurnalist öldürülüb.

“Press Emblem Campaign”in   məlumatına görə, 2021-ci ildə 29 ölkədən 79 jurnalist öldürülüb. Belə ki, ötən il Əfqanıstanda 12, Meksikada 10, Pakistanda 7, Hindistanda 6, Filippində 4 jurnalist müxtəlif hücumlarda həyatını itirib.