Fransa prezidentliyinə namizəd Erik Zemmurun baş müşaviri Olivye Ubeda 18 yaşlı yeniyetməni zorlamaqda günahlandırılıb.
Yerli mətbuatın məlumatına görə, zərərçəkmiş hadisə barədə 2021-ci ilin dekabrında məlumat verib.
Onun hüquq-mühafizə orqanlarına müraciətindən sonra prokurorluq araşdırmalara başlayıb. Şöbənin əməkdaşları şahidlərin iştirakı ilə bir neçə dinləmələr keçirib.
yayılan xəbərlərə görə, Ubeda onun komandasında təcrübə keçən gəncə maraq göstərib. Zemmurun müşavirinin 2021-ci ilin yazından payızına kimi gəncə qarşı zorakılıq hərəkətləri etdiyi iddia edilib.
Keçmiş dövlət başçısı Nikolya Sarkozinin prezidentlik kampaniyasının planlaşdırılmasında da iştirak etmiş Ubeda bütün ittihamları rədd edib. O, bütün iddiaları böhtan adlandırıb.(oxu.az)
Follow @7timesaz