ÜST Omikronun yeni mutasiyası BA.2 ilə bağlı yeni açıqlamalar verib.
7Times.az xəbər verir ki, ÜST rəmisi Boris Palvin Omikronun yeni mutasiyası olan BA.2-nin yayıldığı ölkələrdə xəstələrin xəstəxanaya yerləşdirilmə hallarının gözlənilən səviyyəni aşmadığını söyləyib.
ÜST nümayəndəsi Omikron mutasiylarını təhlükəli olmadığını bildirərək, ciddi narahatlığa səbəb olmadığını deyib. Staten Serum İnstitutunun direktoru Lillebak isə yeni mutasiyalar barəsində danışarkən BA,2 mutasiyasının daha çox yoluxdurucu olduğunu vurğulayıb.Qeyd edək ki, Honq-Konq Universitetində aparılan araşdırmada məlum olub ki, yeni variant ağciyərlərdə Delta ilə müqayisədə 10 dəfə daha yavaş çoxalır. Yeni variantın bronxial və ağciyər toxumasında nə qədər tez yayıldığını öyrənən elm adamları, bu nəticələrin Omikron-un daha çox yoluxdurucu, lakin daha yüngül bir xəstəliyə səbəb olduğu ilə əlaqələndiriblər.
Follow @7timesaz