Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonda gənclərlə bir araya gəlib.
Dövlət başçısı tədbirə qatılan tələbə adaşı ilə səmimi söhbət edib.
Əslən Samsun vilayətindən olan gənc adının Rəcəb Tayyib, soyadının isə Ərdoğan, hətta atasının adının da Əhməd olduğunu bildirib. Prezidentlə onun arasında yalnız ana adında fərqliliyin olduğu üzə çıxıb.
Dörd yaşında ikən o zaman hökumət başçısı olan Ərdoğanın qucağında çəkilən fotosunu prezidentə göstərən gənc hazırda siyasi elmlər fakültəsində təhsil almasını “Ərdoğansız siyasət olmaz” deyə şərh edib.
Buna cavab olaraq dövlət başçısı “Yəni biraz da danışsaq, başımızı divara vuracağıq”, – deyə cavab verib.
Gənc ad və soyadından dolayı bəzən sıxıntılarla üzləşdiyini, bir çoxlarının ona inanmayaraq ələ saldığını düşündüklərini deyib.
Səmimi söhbət zalda əyləşənlərin gülüş və alqışları ilə müşayiət olunub.