Polşa Almaniya kimi ikiüzlü deyil, Ukraynaya dəbilqə göndərməz. Varşava yaxşı bilir ki, Ukraynaya kömək etməklə ilk növbədə özünü qoruyur.
7Times.az Moderator.az-a istinadən xəbər verir ki, bunu polşalı general Roman Polko “Fakt” portalına açıqlamasında deyib. O, Ukrayna əsgərlərini müasir silahlarla təchiz etməyə çağırır ki, sonradan onlar “xeyirxahları” Rusiya ilə birgə fəaliyyət göstərdiklərinə görə lənətləməsinlər.
Ukrayna Rusiyanın hücumu qorxusu ilə yaşayır, lakin Rusiyanın təhdidləri Qərb dünyasını Ukraynaya kömək etməyə sövq edib. ABŞ və Avropa ölkələri Ukrayna hərbçilərini silahla təmin edir və onlara təlim keçir. Polşa da köməkçilər qrupuna qoşulub və şərq qonşusuna on minlərlə sursat göndərəcək. “Silah göndərmək qərarımız düzgündür. Biz ikiüzlü deyilik, biz iddia etmirik ki, təkcə dəbilqə göndəririk, biz Ukraynaya özünü müdafiə etməyə kömək etməyə çalışırıq, çünki bununla həm də özümüzü müdafiə edirik”, – deyə Polşa generalı Roman Polko bildirib.
Hərbçii Polşa hökumətinin qərarının əhəmiyyətini vurğulayıb. “Biz Ukraynaya özünü qorumaqda kömək etməliyik, çünki bu yolla özümüzü qoruyuruq. Rusiyanın Belarusda etdikləri sərhədimizi təhdid edir. Əgər Ukrayna sərhədində bu qədər təhlükə yaransa, biz soyuq müharibə dövrünə qayıdacağıq”, – deyə o xəbərdarlıq edib. Söhbət zəminində o, Polşanın Ukraynaya hücum etmək üçün istifadə oluna bilən tank və təyyarələri məhv etmək üçün bu ölkəyə silah göndərəcəyini təsdiqləyib.
“Mən istərdim ki, biz ukraynalılara lazım olan müasir texnikanı göndərək. Mən bununla missiyalar zamanı rastlaşdım – bəzi humanitar təşkilatlar humanitar yardım adı altında əsl zir-zibil göndəriblər. İstifadə müddəti başa çatmaqda olan şübhəli silahlarla insanları silahlandıra bilməzsiniz, çünki onlar öləcək və “xeyirxahlarını” lənətləyəcəklər. İnanıram ki, aviasiya vasitələri ilə mübarizədə “Qrom”dan daha müasir sistemlər var”, – deyə o bildirib.
“Yaxşı texnika və yaxşı avadanlıq göndərmək lazımdır, çünki yalnız bu yolla uğurlu əlaqələr və etimad qurmaq olar. Ümid edirəm ki, heç kim ikinci və ya üçüncü dərəcəli silahların tədarükünə icazə verməyəcək, çünki belə bir hərəkət bizim Putinlə əl-ələ verməyimizə bərabər olar”, – deyə polşalı general fikrini yekunlaşdırıb.
Follow @7timesaz