Dünya

Lukaşenko: “Dünyada vəziyyət hər an qaynar fazaya keçə bilər”

Lukaşenko: “Dünyada vəziyyət hər an qaynar fazaya keçə bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada vəziyyət gözlənilməzliyinə görə təhlükəlidir və hər an qaynar fazaya keçə bilər.

Avropa.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdim etmə mərasimində bildirib.

“Bugünkü vəziyyət ötən əsrin 30-cu illərinin sonu – 40-cı illərinin əvvəllərini çox xatırladır. Bu, gözlənilməzliyinə görə təhlükəlidir və hər an qaynar fazaya keçə bilər”, – Lukaşenka hesab edir.

Lukaşenka hesab edir ki, qeyri-legitim sanksiyalardan istifadənin artması dünyada vəziyyəti sabitliyi pozacaq.

“Dünyada vəziyyətin sabitliyinin pozulmasına bəzi dövlətlərin bəyənmədikləri ölkələrə qarşı neokolonializmin təzahürlərindən biri kimi qeyri-qanuni sanksiyaların getdikcə daha geniş miqyasda tətbiqi kömək edir ki, bu da qaçılmaz olaraq sanksiyalar müharibələrinə gətirib çıxarır”, – Lukaşenko bildirib.

Belarus lideri ölkədə fevralın 27-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək respublika referendumuna da toxunub.

Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklik kampaniyası bütün demokratik normalara tam uyğundur.

“Dövlətin gələcək inkişafını xalqımızın özü müəyyən etməsi prinsipial əhəmiyyət kəsb edir. Vurğulamaq istərdim: kənardan heç bir təzyiq olmadan. Ona görə də biz bu siyasi kampaniyanı bütün demokratik normalara tam uyğun hesab edirik”, – Lukaşenko bildirib.