Qış Olimpiya Oyunlarında təhlükəsizlik işçisi kimi vəzifələndirilən şəxs Hollandiyanın NOS telekanalının canlı yayımı zamanı müxbir Syerda den Daasa hücum edib.
Hadisənin görüntüləri kanalın “Twitter” hesabında yerləşdirilib.
Məlumata görə, mühafizəçi jurnalisti oyunların açılış mərasiminin keçirildiyi “Quş yuvası” kimi tanınan Milli Stadionun yaxınlığından uzaqlaşdırmağa çalışıb.
“Təəssüf ki, jurnalistlər Çində getdikcə daha çox oxşar (rəftarla) üzləşirlər. O (Den Daas) yaxşıdır və reportajı bir neçə dəqiqədən sonra bitirə bildi”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Pekində 2022-ci il Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.