Dünya

Lukaşenko özünü Brejnevə BƏNZƏTDİ

Lukaşenko özünü Brejnevə BƏNZƏTDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko vəziyyətin normallaşacağı təqdirdə hakimiyyətdən getməyə hazır olduğunu deyib.

7Times.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Daha neçə il dövlətə rəhbərlik edəcəksiniz?” sualına Lukaşenko belə cavab verib:

“Müharibə və ya 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra yaranmış vəziyyət olduğu halda rəhbər olacağam. İnanın mənə, ona görə prezident deyiləm ki, bunu özüm istəyirəm. Vəziyyət normallaşarsa, ölkə onun varisinin kim olacağına qərar verəcək, baxmayaraq ki, jurnalistlər artıq Belarusa kimin rəhbərlik edə biləcəyi ilə bağlı fərziyyələr qururlar. Sakitçilik olsa, meydana çıxacaq və qərar verəcəyik”.

Qəribə görünsə də, Lukaşenko ömrünün son gününə qədər hakimiyyətdə qalan SSRİ lideri Leonid Brejnevlə özünü müqayisə edib:

“Mən indi başa düşürəm, o, təkcə şəraitdən deyil, həm də onu əhatə edən, onu dəstəkləyən insanlardan necə asılı idi. Sən sadəcə olaraq hər şeylə, öz əllərinlə yaratdığın ölkə ilə bağlısan. Bu, hətta xidmət deyil, bu qulluqdur”.