Dünya

BMT baş katibi Çin rəhbərliyi ilə müzakirə aparıb

BMT baş katibi Çin rəhbərliyi ilə müzakirə aparıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş Çin rəhbərliyi ilə təşkilatın Sincan da daxil olmaqla insan hüquqları üzrə ali komissarının ölkəyə səfərinin perspektivlərini müzakirə edib.

7Times.az APA-a istinadən xəbər verir ki, baş katib Antonio Quterreş Çin prezidenti Si Tsinpin və xarici işlər naziri Vanq Yi ilə görüşlər keçirib.

A.Quterreş BMT və Çin arasında sülh və təhlükəsizlik, davamlı inkişaf, o cümlədən iqlim dəyişikliyi və biomüxtəliflik, habelə insan hüquqları üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Quterreş həmçinin koronavirusa qarşı qlobal peyvəndin zəruriliyini qeyd edib. Baş katib ümid etdiyini bildirib ki, BMT-nin Ali Komissarlığı və İnsan Hüquqları İdarəsi ilə Çin hakimiyyət orqanları arasında təmaslar Ali Komissarın Çinə, o cümlədən Sincana səfərinə imkan yaradacaq.